Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Çavuşoğlu-Lavrov görüşündə Taxıl Dəhlizi Sazişi müzakirə edilib və martın 18-də başa çatacaq Taxıl Dəhlizi Sazişinin uzadılması prosesi qiymətləndirilib. Rusiya martın 18-də başa çatacaq müqaviləni 60 gün uzatmağa hazırdır.
Çavuşoğlu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşlə də telefonla görüşüb.
Ankara və BMT razılaşmanın 120 gün uzadılmasının tərəfdarıdır.
Qeyd edək ki, 22 iyul 2022-ci ildə imzalanan Qara Dəniz Taxıl Təşəbbüsü Sənədi çərçivəsində bu günə qədər Ukrayna limanlarından 24 milyon ton taxıl daşınıb.
Bəsti Məmməd