"Vətəndaşlar elektrik avtomobilləri almaqda maraqlıdırlar. Bir ara gömrük məslələrinə görə bir çox çətinliklər və qiymət artımı baş verib"
Bunu Faktmedia.az-a nəqliyyat eksperti Arzu Babazadə deyib. O bildirib ki, eyni zamanda vergi məsələlərinə görə vətəndaşlara bu avtomobilləri əldə etmək rahat başa gəlmir:
"Benzinin də qiymətinin baha olduğunu nəzərə alsaq sözügedən avtomobillər ideal bir seçimdir. Bunlar ekonom avtomobillər sayılır. Ekoloji baxımdan da digərlərdən xeyli sərfəlidir. Enerji dolum stansiyalarının azlığı, batareyaların enerji yığması üçün sürətli dolumun belə daha çox vaxt ( 20-50 dəq) aparması və s ilə yanaşı elektromobillərin qiyməti də kifayət qədər yüksəkdir. Bu səbəbdən elektromobillərə maraq çox olsa da almaqda çətinlik çəkirlər".
Havar Şəfiyeva