"Xarici investorlar ölkəmizdə əsasən neft-qaz sektorunda maraqlıdırlar. Müstəqillik qazanandan bəri daha çox energetika kimi sahələrə də investisiyalar qoyulur".
Bunu Faktmedia.az-a iqtisadçı ekspert Natiq Cəfərli deyib.
İqtisadçı bildirib ki, son zamanlar bərpa olunan alternativ enerji sahəsinə maraq artmaqdadır:
"Bəzi xarici investorlar ölkədə bərpa olunan yaşıl enerjiyə yatırım qoymaqda maraqlıdırlar. Bu sahədə Ərəbistan, Türkiyə, şirkətləri ilə müəyyən müqavilələr də bağlanılıb. Bu da daha çox sözügedən sektorun öndə olduğunu söyləməyə imkan verir. Kənd təsərrüfatı sahəsinə isə xarici ölkələrdən qoyulan investisyaların sayı azdır. Çalışmaq lazımdır ki, daha çox real sektora yəni iqtisadiyyatın qeyri neft sektoruna maraq artırılsın".
Havar Şəfiyeva