"Ölkəmizdəki köhnə avtomobillərin sayının azalmasını iki yolla həll edə bilərik. Stimullaşdırıcı addımlarla vətəndaşları həvəsləndirərək, onları ekoloji tələblərə cavab verən avtomobillər almağa sövq eləmək, digər yolu isə utilizasiya programının həyata keçirilməsidir".
Bunu Faktmedia.az-a nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.
Ekspert bildirib ki, avtomobildən imtina edən vətəndaşa dövlət tərəfindən müəyyən maliyyə ayrılır:
"Bu prosesdə iştirak edən vətəndaş eyni zamanda güzəştli yollarla yeni avtomobil ala bilirlər. Qeyd edək ki, hətta güzəştli kredit də ona təklif olunur. Utilizasiya programı demək olar ki, artıq hazırdır və bu program könüllü olacaq, məcburi heç kəsin avtomabili əlindən alınmayacaq. Düşünürəm ki hazırki durumda utilizasiya programına getmək biraz tez ola bilər. Utilizasiya özü geniş sosial iqtisadi bir layihədir. Utilzasiya sənayesi də yaradılmalıdır ki, həmin avtomabillərdən çıxan metal, şüşə və s yığılıb təkrar emala verilsin. Bundan əlavə vətəndaşlara daha güzəştli şərtlərlə yeni avtomobili ala bilmək imkanı yaradılmalıdır. Avtomobilini utilizasiyaya verən vətəndaşla rahatlıqla yeni avtomobil əldə etməlidir. Bunu hələki edə bilməmişik. Lakin bu yöndə ekoloji cəhətdən təmiz avtomobillərin vətəndaşlara təqdim etməsi üçün müəyyən addımlar atmaqdadır. Bunlara rüsumlardan azad olunma, kredit güzəştləri və s aiddir. Mənim təkliflərindən biri odur ki, mühhərik həcmi kiçik olan avtomobilləri ölkəmizə idxalı zaman onlara da müəyyən güzəştlər tətbiq olunsun. Yəni utilizasiya programından istifadə edən vətəndaşlar bu növ avtomobilləri asanlıqla əldə edə bilsinlər".
Havar Şəfiyeva