"Enerji içkilərin tərkibində taurin, kafein və digər qatqılar var. Nəzərə alsaq ki, insanlar bir banka ilə kifayətlənməyib 3-4 hətta 10 bankaya qədər içən insanlar var, bu ciddi sağlamlıq problemlərinə gətirib çıxarır".
Bunu Faktmedia.az-a qida mütəxəssisi Ağa Salamov deyib. Ekspert bildirib ki, ürək qan-damar sisteminin pozulmasına, mədə altı vəzi, qara ciyər fəaliyyətinin pozulmasına eyni zamanda şəkərli diabet xəstəliyinə gətirib çıxarır:
"Ona görə bu cür ümumiyyətlə içilməsi daha yaxşıdır, içiləcəksə də bir bankadan artıq olmamalıdır. Nəzərə almaq lazımdır ki, enerji içkilərin uşaqlara ümumiyyətlə olmaz. Buna qadağa qoyulsa da, məktəblilər daha çox istifadə edirlər. Çox təssüflər olsun ki, balaca uşaqlardan tutmuş böyüklərə qədər hər kəsin əlində bu içkilərdən görürük. Enerji içkilərin tərkibində şəkər olduğunu görə şəkərin balanslaşdrılması üçün fosford turşusu vurulur. Fosfor turşusu da gənc nəsildə, uşaqlarda sümük inkişafının qarşısını alır. Düşünürəm ki, enerji içkiləri və rəngli, qazlı içkiləri yaşlılar və uşaqlar içməməlidirlər".
Havar Şəfiyeva