"Hansı çay içməyimizdən asılı olmayaraq hər çayın öz içmə qaydası vardır. Köklüyə meyilli, şəkərli diabetli, ürəyində problem olan insanlar çayı içərkən ən çox bal, doşab, meyvə qurularında istifadə etməyi məsləhət görürük".
Bunu Faktmedia.az-a qida mütəxəssisi, diyetoloq Həcər Kərimova deyib. Diyetoloq bidirib ki, meyvə qurularından ən çox xurma, kişmiş, ərik qurusu istifadə olunmalıdır:
"Meyvə qurusu deyəndə rəngli yəni kivi, ananas qurularından istifadə etmək olmaz. Bunların tərkibində şəkər çox olduğu üçün orqanizmə mənfi təsir göstərir. Qənd ilə içmək məsləhətli deyil. Qəndlə çəkisi çox olan insanlar çay qəbul edərsə bir tikə qənd bir dilim çörəyə bərabərdir. Bu da maddələr mübadiləsinin pozulmasına gətirib çıxardır".
Havar Şəfiyeva