“Rusiya Qara Dəniz Taxıl Təşəbbüsünün genişləndirilməsinin əleyhinədir və onun qida və gübrə ixracına maneələrin açılmasını qlobal ərzaq təhlükəsizliyinin dəstəklənməsi üçün prioritet hesab edir”.
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Verşin deyib.
O bildirib ki, məhz Rusiyanın kənd təsərrüfatı məhsullarının və gübrələrinin ixracı Rusiyanın qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsinə əsas töhfəsidir:
"Mən başa düşdüyüm kimi, bu, Ukrayna tərəfinin istəklərinə aiddir. Bizim buna münasibətimiz mənfidir. Biz güman edirik ki, BMT və BMT Katibliyi neytral obyektiv mövqe tutmalı və bu halda Ukrayna tərəfinin əlinə keçməməlidir”.
Rəna Həsənova