Son iki ildə bədii filmlərimiz beynəlxalq festivallarda uğur qazanır. Məsələn, Asif Rüstəmovun “Mərmər soyuğu” tammetrajlı bədii filmi qışda “A” sinif PÖFF - Black Nights Film Festivalında böyük uğura imza adı. Xalq artisti Qurban İsmayılov “Ən yaxşı aktyor” mukafatına layiq görüldü. Bundan başqa həmin film "A klas" digər beynəlxalq festivallarda da nümayiş olundu və rəğbətlə qarşılandı. İndi bu sahədə hansı işlər aparıldığını deməkdə çətinlik çəkirəm".
Bunu Faktmedia.az-a rejissor, prodüser Fariz Əhmədov deyib.
"Bu sahənin inkişafı birbaşa Mədəniyyət Nazirliyinin səlahiyyəti daxildədir. Filmlərin beynəlxalq festivallara çıxardılması üçün ilk növbəti kino istehsalı olmalıdır. Təəssüf ki, artıq ikinci ildir Mədəniyyət Nazirliyi bədii kino istehsalına maliyə ayırmır və kino istehsalı iflic vəziyyətdədir", - deyə o əlavə edib.
Rejissor qeyd edib ki, istənilən adamın müxtəlif sənət sahəsində özünü və istedadını sınamaq haqqıdır:
"Nadir hallarda sınaqlarda uğurlu nəticələr olur. Amma kino bir sənətdir, həvəskar dərnək, yaxud emalatxana deyil. Kinoda əsas baza peşəkar aktyorlardan ibarət olmalıdır. Yəni qeyd etdiyiniz kimi hər kəs öz bildiyi, bacardığı işlə məşğul olsa daha effektiv nəticə əldə etmək olar. Təcrübə də bunu göstərir. Həm də 21-ci əsrdə industriya olmadan uğur qazanmaq lotereya oynamağa bənzəyir. Kinoda bu industriyanın əsas komponentlərindən biri də məhz peşəkar aktyorların olmasıdır. Mən daha çox peşakarlarla işləməy üstünlük verirəm".
Havar Şəfiyeva