Xalq artisti Ramiz Novruzun vida mərasimi xeyli müzakirə olundu. Bildirilir ki, aktyora qarşı Mədəniyyət Nazirliyi tərəfindən biganəlik nümayiş olunub.
Faktmedia.az Xalq artisti Faiq Ağayevlə əlaqə saxlayıb, onun fikirlərini öyrənib.
Müğənni saytımıza açıqlamasında bildirib ki, bu barədə danışmaq istəmir:
"Yaxşı olardı ki, elə bu suala Mədəniyyət Nazirliyi cavab versin".
Qeyd edək ki, dünən Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü, Beynəlxalq Teatr festifallarının mükafatçısı Ramiz Novruz vəfat edib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Ramiz Novruz mədə xərçəngindən müalicə olunurdu.
Rəna Həsənova