Xəbər verdiyimiz kimi, bir qrup mədəniyyət və incəsənət xadimi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvlüyündən imtina edib.
Məsələ ilə bağlı Faktmedia.az nazirliyə sorğu göndərib.
Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, mədəniyyət sahəsində çalışan ictimai təşkilatlar və kino ittifaqları sərbəst fəaliyyət göstərirlər:
"Bu qanunvericiliyə görə belədir. Sizin suala cavab olaraq bildiririk ki, həmin qurumlarda baş vermiş məsələlərlə bağlı Mədəniyyət Nazirliyi heç bir nəzarət prosesi həyata keçirmir. Bu, nazirliyin səlahiyyətindən kənar olan məsələdir".
Sevinc Hüseynova