İnsanların çoxunun günə başladığı ilk işi kofe içməkdir. Ancaq acqarına içilən qəhvənin sağlamlıq üçün təhlükələri əksər insanlar tərəfindən bilinmir.
Faktmedia.az xəbər verir ki, yeni araşdırmaya görə qhvə acqarına içildikdə orqanizmdə qəfil problemlər yarana bilər. Araşdırmalar göstərib ki, qəhvəni acqarnına içdikdə mədəyə pis təsir edir.
Mütəxəssislər gərginlik və ya narahatlıq yaşayan insanlara gün ərzində bir fincan qəhvədən çox içməməyi tövsiyə edir. Şiddətli narahatlığı olan bir insansınızsa, heç qəhvə içməmək bir həll yolu ola bilər. Çünki çox kofein bu insanlarda ürək döyüntüsünə səbəb ola bilər.
British Journal of Nutrition jurnalında aparılan araşdırmada səhərlər xüsusilə acqarına qara qəhvə içməyin insanların qan şəkərinə nəzarətdə əhəmiyyətli problemlər yaratdığı ortaya çıxıb. Ancaq daha əvvəl səhər yeməyi yeyən fərdlərin qan şəkəri səviyyəsində artım müşahidə edilməmişdir.
Rəna Həsənova