"Aksiya təşkilatçıları bildirir ki, aksiya keçirilərkən İcra Hakimiyyətinə məktub göndərilir, amma sərbəst toplaşmaq hüququ hər hansı icazədən asılı deyil. Bu proses illərdir eyni formada davam edir. Təbii ki, bu il də feminist fəallar sərbəst toplaşmaq hüquqlarını həyata keçirəcəklər".
Bunu Faktmedia.az-a Qadın Qətlləri Platformasının təsisçisi, feminist Nərgiz Muxtarova deyib.
O bidirib ki, təşkilatçıların yaydığı video müraciətdə qeyd olunur ki, İcra hakimiyyətindən gələn cavabdan asılı olmayaraq yürüş baş tutacaq. Feminizm təbliğatı ona görə önəmlidir ki, insanlar bu yol vasitəsilə artıq feminizm haqqında düşünürlər. Mədəni, sosial faktorlar təbliğat vasitəsilə az da olsa dəyişilə bilir. Çünki digər üsullar daha uzunmüddətli həllə fokuslanır. İllər ərzində baş tutan aksiyaların müsbət tərəfləri ondan ibarətdir ki, qısa müddətdə cəmiyyətdə əksəriyyətin feminizmin nə olduğu ilə bağlı düşünməsinə səbəb oldu. Və eyni zamanda artıq fəallar bir qrup olaraq vətəndaş nəzarəti mexanizmini formalaşdıra biliblər. Biz görürük ki, bir neçə ildir fəallar tərəfindən ictimailəşdirilən problemlər daha tez diqqət görür, daha sürətli reaksiya alır. Bu təbii ki, baş verən aksiyaların müsbət nəticəsinin göstəriciləridir. Artıq məhkəmələrdə, qadın hüquqlarının pozulması ilə bağlı proseslərdə həmin qrupun yaratdığı bu nəzarət mexanizmi kifayət qədər yaxşı işləyir. Buna görə düşünürəm ki, sadaladıqlarım həm təbliğatın, həm aksiyanın ən əhəmiyyətli uğurlarından biridir".
Havar Şəfiyeva