"Azərbaycan tərəfindən aparılan bütün tədbirlərin həm mənası var, həm də ki müəyyən bir təsiri vardır".
Bunu Faktmedia.az-a hərbi ekspert Şair Ramaldanov deyib.
Ramaldanov bildirib ki, bizim fəalların ekoterrorizmlə bağlı keçirilən aksiyaya bunu əlbətdə müsbət dəyərləndirmək olar:
"Birincisi ona görə ki, Azərbaycan fəalları bu aksiyaya Azərbaycanın nə qədər məqsədyönlü addım atmasının və birliyin nümayiş etdirdilər. Digər tərəfdən bu problemi olduğu ilə bağlı beynəlxalq qurumların diqqətini cəlb edə bilmirlər. Bəli, bir tərəfdən baxanda Avropada bununla bağlı gedən reaksiya birinci görünüşdən o qədər müsbət sayılmaya bilər, ancaq ki bu aksiyasının humanitar yüklər üçün açıq olduğu və kalonların sərbəst hərəkət etməsini bütün dünya və oradan gələn media nümayəndələri real vəziyyətdə məlumat ala bildilər".
Havar Şəfiyeva