Mütəxəssislər araşdırmalarına əsasən dəfələrlə bildirirlər ki, uzunmüddətli yuxusuzluq ölüm riskini artırır.
Faktmedia.az xəbər verir ki, Quançjou Tibb Universitetinin mütəxəssisləri yuxusuzluğun mənfi təsirlərini azaltmaq üçün üsul müəyyən ediblər.
Araşdırmalar göstərib ki, davamlı idmanla məşğul olmaq yuxusuzluğu,bilavasitə ölüm riskini aşağı salır.
Alimlər öz müşahidələri və nəticələrini Avropa Profilaktik Kardiologiya jurnalında bildiriblər .
Tədqiqatın müəllifləri 40-73 yaş arasında olan 92 min insanın məlumatlarını təhlil ediblər. Könüllülərdən akselerometr qolbaq taxmaları istənilib.
Müşahidə müddəti 7 il çəkib. Bu müddət ərzində eksperimentdə iştirak edən 3080 iştirakçı dünyasını dəyişib. Onlardan 1074-də ölüm səbəbi ürək-damar xəstəlikləri diaqnozu olub.
Müşahidəçilər bu şəxslərin fiziki fəaliyyətinin müddətini və intensivliyini, həmçinin yuxu müddətini qeyd ediblər. Qısa yuxu 6 saatdan az, uzun - 8 saatdan çox, norma 6-8 saat müəyyən edilib.
Araşdırmaya görə insanlar çox hərəkət etmədikdə, həm qısamüddətli, həm də çox uzun yuxu 16 və 37 faiz erkən ölümə səbəb olub.
Havar Şəfiyeva