Mütəxəssislərin yeni araşdırmasına görə, səhər, nahar və ya şam yeməyimiz təkcə fiziki sağlamlığa deyil, həm də psixi vəziyyətə təsir edə bilir.
Faktmedia.az xəbər verir ki, alimlər hansı qidaların psixi sağlamlığımıza zərər verə biləcəyini müəyyən ediblər.
Çinli tədqiqatçılar qızardılmış qidaların, istehlakının narahatlıq və depressiya riskini 12% artırdığını müəyyən ediblər. Ən çox bu gənc kişilər arasında müşahidə olunub.
Tədqiqata 140 mindən çox insan cəlb edilib və 15 ay ərzində müşahidələr aparılıb. Daha sonra tədqiqatçılar ilk iki ildə depressiya diaqnozu qoyulanları qrupdan çıxarıblar.
Onlar qızardılmış yemək yeyənlər qrupunda 8294 narahatlıq, 12735 depressiya halı qeydə alıblar. Bu ilkin nəticə kimi qəbul edilib.
Həddindən artıq qızardılmış qidalar ən azı piylənməyə səbəb ola bilər.
Havar Şəfiyeva