Gündə bir stəkan qaragilə qan təzyiqini aşağı sala və beyin funksiyasını yaxşılaşdıra bilər.
Faktmedia.az xəbər verir ki, bu barədə araşdırma “American Journal of Clinical Nutrition” jurnalında dərc olunub.
Tədqiqatlar göstərb ki, qaragilədə olan polifenolların istehlakı damar və beyin funksiyasının yaxşılaşması ilə əlaqələndirilir. Qaragilənin sağlamlığa necə təsir edə biləcəyini daha yaxşı başa düşmək üçün tədqiqatçılar sınaq keçiriblər. Tədqiqata 65-80 yaşlı 61 sağlam kişi və qadın daxil edilib.
İştirakçılar 12 həftə ərzində təxminən 178 qram təzə qaragilə ekvivalenti olan 26 qram qurudulmuş yabanı qaragilə tozundan hazırlanmış içki içiblər.
Nəhayət, qaragilə yeyənlərin nisbətən daha aşağı qan təzyiqi ilə yanaşı, müvafiq tapşırıqlarda yaddaş və diqqətinin də artması müşahidə edilib.
Tədqiqatçılar bildirib ki, onların nəticələri yabanı qaragilədə olan polifenolların gələcəkdə yaşlı insanlarda ürək-damar xəstəlikləri riskini azalda biləcəyini göstərir.
Bəsti Məmməd