"Eynək taxan insanlarda əsas problem görmə sahəsinin daraldılmasıdır. Eynəyin çərçivəsi düzgün seçilməlidir, məsələn uzaq görmə üçün tətbiq olunan eynəyin çərçivəsi daha böyük olmalıdır".
Bunu Faktmedia.az-a açıqlamasında oftalmoloq-cərrah Elnarə Cəlilova deyib.
O, həmçinin əlavə edib:
"Eynək taxan insanlar gün eynəyindən istifadə edə bilmirlər, amma indiki zamanda elə çərçivəli eynəklər var ki, rəngini dəyişmək üçün onun üzərinə fotoxrom, xamelyon əlavə eləyə bilərik. Eynək taxan insanlarda əsas problem soyuq havadan isti havaya gələndə şüşələrin tərləməsidir. Həm uzağı, həm yaxını yaxşı görməyən insanlara iki cür enynəkdən istifadəsi məsləhətlidir. Yaşla əlaqədar olaraq 40 yaşdan çox olan adamlar üçün ancaq yaxın məsafəli eynəklər məsləhət görülür".
Havar Şəfiyeva