"Homoseksual insanlarda yaranan hallar onların həyatında stres, həyəcan yaradır. Bu kimi insanlar həmişə təşviş içində, depressiyada olurlar. Bu da ondan qaynaqlanır kı, sosial cəmiyyətdə yaşayırlar və insanlarla mütəmadi əlaqədə olurlar".
Bunu psixoloq İlhamə Mustafayeva deyib.
Psixoloq əlavə edib:
"Xüsusilə, Azərbaycan kimi ölkədə yaşamaq onlar üçün çətindir. Qərb ölkələrin bir çoxunda həmin insanlara normal baxdığı halda, onların hüquqların qorunduğu halda biz də onların qəbul olunması birmənalı qarşılanmır. Valideynlərin hər zaman onlara təzyiqləri olur, həmçinin öz daxilində utanc hissi yaşayırlar. Cəmiyyətə xeyir vermək istəsələr belə, hər zaman utanc hissindən bunu büruzə verə bilmirlər. Müalicəyə gələndə isə bu barədə danışmaq çətindir. Tutaq ki, 10-11- ci sinifdə oxuyan bir oğlan uşağın seksual zorakılığa məruz qalması artıq onun düşüncəsində kişilyin itirilməsinə gətirib çıxarır. Ancaq buna baxmayaraq, bir çox psixiterapiyalar var ki, onların yaşadığı hisslərin çıxarılması və cəmiyyətə adaptasiya olunmsında kömək olurlar".
Sevinc Hüseynova