"Parfümü sınayarkən dərinizin təmiz olduğundan əmin olmaq lazımdır. Bu səbəbdən isti yay aylarında ətiri dərinizə səpmək məsləhət görülmür. Xüsusilə, duşdan sonra ətir daha qalıcı və təsir edici olur. Duşdan sonra açılan məsamələriniz ətrin daha yaxşı sorulmasına və qalıcı olmasına imkan verir".
Bunu Faktmedia.az-a açıqlamasında ətir məsləhətçisi Türkan Əlixanova deyib.
O, həmçinin əlavə edib: "Ətir almağa getməzdən əvvəl ağır yeməklərdən uzaq olmalısınız. Əks halda yağlı, ədviyyatlı və duzlu qidalar qəbul etmək dərinizin kimyasını dəyişəcək və ətir təsirinə mənfi təsir göstərəcək. Ümumiyyətlə son dərəcə ədviyyatlı, yağlı və duzlu yeməklər ətirinizin qoxusunu dəyişdirməklə yanaşı sağlamlığınıza da mənfi təsir göstərir. Ətirin qalıcılığına təsir edən başqa bir amil də dəri tipidir. Ətirin dəri ilə harmoniyasını dəstəkləyən və qalıcılığını artıran dəri tipləri insandan insana dəyişir. Xüsusilə yağlı dərili olan insanlarda ətirlər öz təsirini daha uzun müddət saxlayır. Ancaq quru dəri tipli insanlarda istifadə edilən ətirin qalıcılığı daha aşağı olur. Ətir seçərkən mütləq satış məsləhətçisinin fikirlərini alın amma onun əsiri olmayın".
Onun sözlərinə görə, ətirin bəyənilməsi və çox satılması o demək deyil:
"Ətir seçərkən onu biləyinizin daxili hissəsində, yəni nəbzinizin döyündüyü hissədə sınamaq düzgün seçim etməyinizə kömək edəcək. Ətri səpdikdən sonra ən azı 10 dəqiqə gözləyin, bu, ətrin dərinizə təsirini daha yaxşı anlamağınıza kömək edəcək. Əgər vaxtınız varsa və alacağınız ətir barədə qərar verə bilmirsinizs, hər iki biləyinizdə fərqli ətirləri sınayıb kofe fasiləsi verə bilərsiniz. Təxminən 1,5 saatdan sonra ətir dərinizə tam nüfuz edəcək və qalıcılığı haqqında sizə daha yaxşı məlumat verəcəkdir. Ətirin qalıcılığına bilavasitə təsir edən digər amil isə ətiri düzgün nahiyəyə səpməkdir. Ətirin qalıcılığını və təsirini artıran bölgələr biləklər, boyun, sinə arası, qulaq arxası, diz arası, bədənin isti və rütubətli olduğu yerlərdir".
Sevinc Hüseynova