"Ultrasəs dalğaların dəri səviyyəsində sahələri görüntüləmək imkanı yoxdur, bu US dalğaların fizikasına (toxuma sıxlığının fərqi, dalğaların gücü və s.) bağlıdır".
Bu sözləri Faktmedia.az-a danışan tanınmış radioloq Nigar Qadirova deyib.
O bildirib ki, ümumiyyətlə, ultrasəs müayinənin imkanları geniş olsa da, bu üsulun məhdudiyyətləri də çoxdur:
"Görüntüləmə imkanları bir çox faktorlara bağlıdır. Bunlara hamiləliyin müddəti, ananin dəri və əzələlərin keçiriciliyi, dölün pozisiyası, cihazın keyfiyyəti və.s aiddir".
Həkim qeyd edib ki, dəri ve əzələ üçün xüsusi yüksək tezliyi ilə olan problar mövcuddur:
"Xüsusi yüksək tezliyi olan problar var ki, onlarla dəri və ya əzələni USM etmək mümkündür, amma bu postnatal dövr üçün keçərlidir, döl üçün keçərli deyil".
Rəna Həsənova