Hamilə qadınları narahat edən problemlərdən biri dəridə yaranan çatlar, ləkələr və səpkilərdir. Bu problemlərin yaranmaması üçün nələr etmək lazımdır?
Mövzu ilə bağlı Faktmedia.az-a danışan tanınmış həkim-dermatoloq Pərviz Dadaşov bildirib ki, hamiləlik zamanı yaranan çatlar əsasən qarın bölgəsində olur, bu cür problemlərin səbəbi sürətlə böyüyən qarın ölçüləri fonunda dəri böyüməsidir:
“Hamiləlik zamanı qarın böyüyən zaman dəri böyüməsi gecikdiyində dəridə çatlar ve cırılmalar yaranır. Bunlar çəhrayı rəngdə, bəzən də ağrılı olurlar. Bunların yaranmaması üçün dəri elastikliyini artıran nəmləndirici və qidalandırıcı regenerasiyanı artıran kremlərdən istifadə edilməyi məsləhətdir”.
Həkim qeyd edib ki, dəri problemləri olan hamilələr günəşdən maksimum dərəcədə qorunsunlar:
“Digər ləkə və səpgilərin yaranma səbəbi hormonal statusda dəyişikliklərlə bağlıdır. Bu normal bir haldır, sadəcə lokal kremlərdən istifadə etmək lazımdər. Ləkələrin artmaması üçün günəş qoruyucu kremlərin istifadəsinə diqqət yetirilməlidir. Gün ərzində qış fəslində 2 dəfə, yay fəslində isə 2-3 saatdan bir istifadəsi məsləhətdir”.
Havar Şəfiyeva