Məşhur infeksionist Svetlana Maşkova döymənin dəhşətli nəticələri barədə açıqlama verib.
Faktmedia.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
Maşkovanın sözlərinə görə, döymə etdirərkən hepatit B və C, həmçinin infeksiyaya yoluxma riski var.
“Həmçinin birdəfəlik istifadə olunmayan alətlərlə işləyərkən herpes simplex virusu, stafilokok kimi xəstəliklərə yoluxur.
Bundan əlavə, həkim dərinin dezinfeksiya edilməsinə və ustanın maska və əlcəklərdən istifadə etməsinə diqqət yetirilməsinin vacib olduğunu xatırladıb. Bundan əlavə, mütəxəssis döymə zamanı yeni iynələr və ucların istifadə edildiyinə və prosedurdan sonra atılacağına əmin olmağı tövsiyə edib.
Havar Şəfiyeva