Araşdırmalar zamanı məlum olub ki, tualet kağızından istifadə bəzən sağlamlığımız üçün təhlükəli ola bilər.
Faktmedia.az xəbər verir ki, bəzi insanlar hətta yaş salfetlərdən də istifadə edə bilmirlər.
Hemoroid və anal çatlar bədənin anorektal bölgəsinə təsir edən iki ümumi xəstəlikdir. Salfetlər bu xəstəliklərdən əziyyət çəkənlərə böyük narahatlıq və ağrı verə bilər.
Bir neçə müalicə variantı mövcud olsa da, onların sağalmasının vacib aspektlərindən biri, bir çox insanın gözdən qaçırdığı tualet vərdişləridir.
Mütəxəssislərin sözlərinə görə, hemoroid və ya anal çatlardan əziyyət çəkən insanlar tualet kağızından istifadə etməməlidirlər, çünki bu, sağalmanı ləngidə bilər.
Bu, tualet kağızının onsuz da həssas olan bölgənin iltihabına səbəb ola biləcəyi ilə bağlıdır. Bundan əlavə, infeksiyanın düz bağırsaqdan sidik yollarına və ya cinsiyyət orqanlarına keçmə riski var.
Həmçinin rektum xəstəlikləri və qəbizliyi olan insanlara həm quru, həm də yaş salfetlərdən istifadə etməmək, su ilə yuyunmaq tövsiyə edilir.
Rəna Həsənova