İran prezidenti İbrahim Rəisi HƏMAS-ın İsrailə qarşı Əqsa tufanı əməliyyatını “qələbə” adlandırıb.
Faktmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Rəisi hücumla bağlı "bu, saxta sionist rejimə qarşı müqavimətin təzahürüdür" deyib.
İran prezidenti İbrahim Rəisi HƏMAS və Fələstin İslami Cihad Təşkilatının lideri ilə telefonla danışıb.
Prezident Rəisi HƏMAS-ın İsrailə qarşı təşkil etdiyi Əqsa daşqın əməliyyatı ilə bağlı təbrik mesajı yayımlayıb .
Mesajında bölgədə İsrail üçün tənliklərin dəyişdiyini bildirən Rəisi İsrailə qarşı hərbi əməliyyat keçirdikləri üçün Həmas və Fələstin xalqını təbrik edib.
Rəna Həsənova