Yunanıstan 81 vətəndaşını İsraildən ölkəyə gətirib.
Faktmedia.az xarici KİV- ə istinadən xəbər verir ki, Yunanıstanın iki fərqli turla İsrailə gedən 81 Yunanıstan vətəndaşı ölkəsinə qayıdıb.
İsraildə 68 nəfərin təxliyəsi üçün işlərin davam etdiyi bildirilib.
Qeyd edək ki, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadaları 7 oktyabrda İsrailə qarşı "Əqsa tufanı" adlı hərtərəfli hücuma keçib.
Qəzzadan İsrailə doğru minlərlə raket atılarkən, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub.
Rəna Həsənova