Co Bayden məxfi sənədlərə görə 2 gün dindirilib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Ev ABŞ prezidenti Co Baydenin ofisində və qarajında tapılan məxfi sənədlərlə bağlı xüsusi prokuror Robert Hur tərəfindən dindirildiyini açıqlayıb.
Baydenin xüsusi prokuror Robert Hur tərəfindən aparılan istintaq çərçivəsində iki gün Ağ Evdəki sorğu-sualda "könüllü olaraq iştirak etdiyi" bildirilib.
Açıqlamada Ağ Ev və Baydenin təhqiqatın rahat gedişatını təmin etmək üçün əməkdaşlıq etdiyi bildirilib və istintaqın şəffaflığını və bütövlüyünü qorumaq üçün lazımi məlumat yeniləmələrinin edildiyi vurğulanıb.
Xəyalə Xəlilova