Amerika Federal Təhqiqat Bürosu FTB bu gün Baydenin Delaverdəki evində növbəti dəfə axtarış aparıb.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Baydenin vəkili Bob Bauer verdiyi yazılı açıqlamada, Ədliyyə Departamentinin bu gün Baydenin Delaver ştatının Rehoboth Beach-dəki yay iqamətgahında "qəsdən düşünülmüş" axtarış apardığını bildirib.
Sözügedən axtarışın prosesin təhlükəsizliyi və bütövlüyü naminə ictimaiyyətə əvvəlcədən xəbərdarlıq edilmədən, Ədliyyə Nazirliyinin standart prosedurlarına uyğun olaraq aparıldığını qeyd edən Bauer Ədliyyə Nazirliyi ilə tam əməkdaşlıq etdiklərini qeyd edib.
Ədliyyə Nazirliyi sözügedən sənədləri araşdırmaq üçün xüsusi səlahiyyətli prokuror təyin edib.
Rəna Həsənova