İsrail ordusu xalqa ən azı 72 saat ərzində kifayət qədər qida və su ehtiyatı yığmaq barədə xəbərdarlıq edib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə xəbərdarlığından sonra insanlar bazarlara axışıb.
Bildirilib ki, münaqişələr uzun müddət davam edə bilər və hər bir ailənin su, qida, dərman və təcili yardım avadanlıqlarının olmasını təmin etmək vacibdir.
Xəbərdarlıqda əhalidən ən yaxın sığınacağın harada olduğunu müəyyənləşdirmələri istənilib və onlara sığınacağa gedən yolun açıq olmasına əmin olmaq tövsiyə edilib.
Qeyd edək ki, İsrail və Fələstin arasında münaqişələr davam edir.
Rəna Həsənova