Yaxın Şərq yenidən zorakılıq spiralının təsiri altındadır.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail və HƏMAS arasında toqquşmalar üçüncü gününə daxil olub.
İsraildə azı 700, Qəzzada isə 493 nəfər həyatını itirib.
Şəhərdən İsrailə doğru raket atəşi gecə boyu davam edib. İsrail qüvvələri də səhər saatlarından Qəzzanı bombardmanlarını gücləndirib.
Netanyahu hökuməti "müharibə vəziyyəti" elan etdi. İndi Qəzzaya qarşı mümkün quru əməliyyatından danışılır. İsrail ordusunun buldozerləri bölgədə yeni xəndəklər qazır. Bölgəyə yerləşdirilən top və haubitsaların lülələri Qəzzaya yönəlib.
İsrailin verdiyi açıqlamada Qəzzaya tam blokada tətbiq ediləcəyi bildirilib.
Xəyalə Xəlilova