İsrail hakimiyyəti HƏMAS yaraqlılarının hücumundan sonra ölkənin cənubundakı bütün yaşayış məntəqələri üzərində nəzarətin bərpa olunduğunu və Qəzza zolağının tam blokadasını yaratmaq niyyətini açıqlayıb.
İsrail ordusunun sözçüsü Daniel Həqari bildirib ki, İsrail ordusu ölkənin cənubundakı bütün yaşayış məntəqələrinə nəzarəti bərpa edib . Onun sözlərinə görə, 300 min ehtiyatda olan hərbçi səfərbər edilib.
Tərəflər qarşılıqlı atəşə davam edir. İsrailin məlumatlarına görə, oktyabrın 7-dən bu yana Qəzza zolağından 4 mindən çox raket atılıb , onlardan biri İsrailin əsas Ben Qurion hava limanı yaxınlığında düşüb . İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr 3 saat ərzində Qəzza zolağında fələstinli radikalların 130 hədəfinə zərbələr endirib .