Fransanın paytaxtı Parisdə İsrailə dəstək nümayişi keçirilib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Eyfel qülləsinin üzərinə İsrail bayrağının silueti proyeksiya edilib.
İsrail və HƏMAS arasında qarşıdurmaların üçüncü gününə girdiyi bir vaxtda bir çox ölkədə İsrailə dəstək nümayişləri davam edir.
Fransanın paytaxtı Parisdə Fransadakı Yəhudi Qurumlarının Nümayəndələr Şurası (CRIF) tərəfindən İsrailə dəstək nümayişi təşkil edilib .
Paytaxtın Viktor Hüqo meydanındakı Kopernik sinaqoqunun ətrafına toplaşan nümayişçilər əllərində İsrail bayraqları və pankartlarla Trokadero meydanına gediblər.
Rəna Həsənova