Venesuela prezidenti Nikolas Maduro Qəzzada mülki əhalinin yaşadığı binaların fərq qoymadan bombalandığını bəyan edərək, İsraili Fələstin xalqına qarşı “soyqırım” törətməkdə ittiham edib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Prezident Maduro qatıldığı proqramda çıxış edərək danışıb.
O, İsrailin daha əvvəl də dəfələrlə Qəzzada "qırğınlar" törətdiyini bildirib:
“Qəzzada Fələstin xalqına qarşı soyqırım başladı. Dinc əhalinin yaşadığı binalar ayrı-seçkilik etmədən vurulur, hər yer bombalanır, qadınlar və uşaqlar hər gün ölür. Bütün müsəlmanlarıma səslənirəm. Dünyadakı qardaşlar, xristianlar və yəhudilər təcili olaraq gəlin BMT-ni atəşkəsə çağıraq".
Maduro sülh danışıqlarının mümkün qədər tez başlamalı olduğunu və BMT qətnamələrinə hörmətlə yanaşan müstəqil və suveren Fələstin Dövlətinin qurulmasının vacibliyini bildirib.
Rəna Həsənova