Venesuela prezidenti Nikolas Maduro Rusiya prezidenti Vladimir Putinin üsyanı məğlub etdiyini açıqlayıb.
Faktmedia.az xəbər verir ki, bu O barədə TASS məlumat yayıb.
O, bunu "Karabobo" döyüşünün 202-ci ildönümünü qeyd edərkən deyib. Maduro qeyd edib ki, Rusiya lideri ölkəyə xəyanətə və vətəndaş müharibəsinə qarşıdır.
Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vaqner PMC-nin təsisçisi Yevgeni Priqojinə qarşı silahlı üsyanla bağlı cinayət işinə xitam veriləcəyini açıqlayıb.
Havar Şəfiyeva