Rusiya prezidenti Vladimir Putin Çin lideri Si Cinpinlə birlikdə ikitərəfli əməkdaşlığı inkişaf etdirə biləcəyinə əmindir.
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Putin Si Cinpini yenidən Çin Xalq Respublikasının sədri seçilməsi münasibətilə təbrik edərkən deyib.
Rusiya lideri qeyd edib ki, Rusiya Si Cinpinin Moskva ilə Pekin arasında “hərtərəfli əməkdaşlıq və strateji qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə” şəxsi töhfəsini yüksək qiymətləndirir:
"Əminəm ki, birlikdə çalışaraq, biz müxtəlif sahələrdə səmərəli Rusiya-Çin əməkdaşlığının daha da inkişafını təmin edəcəyik”.
Havar Şəfiyeva