"ABŞ prezidenti Co Bayden çərşənbə axşamı Varşavada çıxışı zamanı deyib ki, Rusiya Ukrayna münaqişəsində qalib gələ bilməyəcək.
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ lideri Co Bayden bidirib.
"Ukraynada heç vaxt Rusiyanın qələbəsi olmayacaq. Heç vaxt", - o deyib.
Qeyd edək ki, Putin çərşənbə axşamı Federal Məclisə müraciətində deyib ki, Rusiya öz “tarixi torpaqlarında” insanları qorumaq, təhlükəsizliyini təmin etmək və hazırkı Ukrayna rəhbərliyindən yaranan təhlükəni aradan qaldırmaq üçün xüsusi hərbi əməliyyata başlayıb. Onun sözlərinə görə, Moskva əməliyyatın məqsədlərinə çatmaq üçün "addım-addım, ehtiyatlı və ardıcıl" hərəkət edəcək.
Havar Şəfiyeva