Amerika rəhbərliyi “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin bəyanatlarından sonra Rusiyadakı vəziyyəti diqqətlə izləyir.
Faktmedia.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Baydenin açıqlamasında qeyd edilib.
Bundan əvvəl Rusiya FSB Priqojinə qarşı silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb. Buna səbəb onun "Vaqner"in Rusiyada hərbi çevrilişə cəhd etməsidir.
Qeyd edək ki, Rusiya rəhbəri xalqa müraciət edərək Priqojinin etdiyini xəyanət adlandırıb.
Havar Şəfiyeva