Rusiyanın cənubundakı Rostov-na-Don şəhərində həftəsonuna planlaşdırılan bütün kütləvi tədbirlər ləğv edilib, vilayət qubernatoru Vasili Qolubev bildirib.
“Rostov-na-Donuda həftəsonu planlaşdırılan bütün kütləvi tədbirlərin ləğvi barədə qərar qəbul edilib”, - o, "Telegram"da yazıb.
Qolubev daha əvvəl yerli sakinləri şəhər mərkəzinə səfərlərdən çəkinməyə və evdə qalmağa çağırıb.
Bundan əvvəl “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin Telegram kanalında bir neçə səs yazısı yerləşdirilib. O, xüsusilə qüvvələrinin hücuma məruz qaldığını iddia edərək, bunun üçün ölkənin hərbi hakimiyyət orqanlarını günahlandırıb.
Xəyalə Xəlilova