Yaponiyada ölümlə nəticələnən virus ilk qurbanı verib.
Faktmedia.az xəbər verir ki, bu barədə Lent.ru ölkənin Səhiyyə Nazirliyinə istinadən yazır.
Virusun qurbanı İbaraki prefekturasının 70 yaşlı sakinidir.
Xəstənin qan testinin nəticəsi trombositlərin aşağı səviyyəsini, qaraciyər funksiyasının pozulmasını və kəskin iltihablı reaksiyanın mövcudluğunu göstərib.
Qeyd edək ki, "Oz" virusu ilk dəfə 2018-ci ildə Yaponiyada aşkarlanıb. Gənə dişləməsi ilə yayılıb, lakin insan yoluxma halları qeydə alınmayıb.
Havar Şəfiyeva