Əfqanıstanda ilin əvvəlindən uşaqlar arasında poliomielit virusu yayılır.
Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkənin şərqindəki Nangerhar əyalətinin Dur Baba rayonunda yeni poliomielitə yoluxma hadisəsinin qeydə alındığı bildirilib.
Beləliklə, ilin əvvəlindən ölkədə poliomielitlə yoluxma hallarının sayı 5-ə yüksəlib.
Bu ilin əvvəlindən Behsud, Kot, Nazyan və Bati Kot rayonlarında da virus yayılır. Məlumata görə, yoluxan uşaqlardan 1-i dünyasını dəyişib.
Əvvəllər dünyanın bir çox ölkəsində görülən poliomielitə yoluxma halları effektiv təsirə malik peyvənd sayəsində xeyli azalıb.
Hazırda Əfqanıstan və Pakistanda bu virusa qarşı vaksin istifadə olunmur. Bu barədə məhdudiyyət qoyulub. Mütəxəssislərin qənaətinə görə, bu səbəbdən ölkədə virusa yoluxma halları arta bilər.
Xəyalə Xəlilova