Türkiyə son bir ildə 457 qızılcaya yoluxma faktı ilə Rusiya və Tacikistandan sonra üçüncü ölkədir.
Türk Təbiblər Birliyinin Xalq Sağlamlığı Şöbəsinin rəhbər Qamze Varol bildirib ki, qızılca xəstəliyinin sürətlə artmasına baxmayaraq ölkənin gündəminə gətirilmir. Mütləq tədbirlər gücləndirilmləlidir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Qızılca və Məxmərək Hesabatına görə, Türkiyə son bir ildə 457 qızılca hadisəsi ilə Rusiya və Tacikistandan sonra xəstəliyin ən çox yayıldığı üçüncü ölkə olub. Bu 457 hadisədən 343-ü 2023-cü ilin yanvar və fevral aylarına aiddir.
2023-cü ilin ilk dörd ayında qızılca xəstəliyinin ilkin diaqnozu ilə müayinədən keçən 2005 nəfərdən 1440 nəfərində qızılcanın laborator diaqnozu təsdiqlənib. Yenə 242 nəfər qızılca səbəbilə bu prosesdə xəstəxanaya yerləşdirilib