Parkinson xəstəliyindən əziyyət çəkənlərin əksəriyyəti 60 yaşdan yuxarı olsa da, dünyada 10 milyondan çox insan Parkinson xəstəliyi ilə mübarizə aparır.
Faktmedia.az xəbər verir ki, kişilərdə xəstəliyə yoluxma halları qadınlara nisbətən 1,5 dəfə çoxdur.
Xalq arasında "qocalıq xəstəliyi" kimi tanınan və dövrün ən çox görülən degenerativ beyin xəstəliklərindən biri olan Parkinson 2040-cı ildə 12 milyondan çox insanın həyatını təsir edə bilər.
Son illərdə bütün dünyada sürətlə yayıldığı üçün mütəxəssislər tərəfindən bir növ “epidemiya” kimi qələmə verilən Parkinson xəstəliyi ilk dəfə 1817-ci ildə London həkimi Ceyms Parkinson tərəfindən təsvir edilib.
Xəstəliyin beyin hüceyrələrinin bir-biri ilə əlaqə saxlamasını təmin edən dopamin adlı maddəni istehsal edən beyin hüceyrələrinin korlanması nəticəsində meydana gəldiyi bildirilir. Ən çox görülən simptomları əzələ sərtliyi, hərəkətdə çətinlik və təllərdə titrəmədir. Xəstəliyi tam sağaldan heç bir müalicə üsulu yoxdur.
Parkinson Fondunun məlumatlarına görə, dünyada Parkinson xəstəliyi ilə mübarizə aparan insanların sayı artıq 10 milyonu keçib. Xəstəliyə yoluxanların əksəriyyəti 60 yaşdan yuxarı insanlardır. Xəstəlikdən ölənlər 2019-cu ildə 2000-ci illə müqayisədə 100 faiz artaraq 329 min nəfərə çatıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Parkinson xəstəliyindən əlillik və ölüm riski digər nevroloji xəstəliklərlə müqayisədə daha sürətli artır.
2019-cu ildə Parkinson xəstəliyindən ölüm hallarının ən çox olduğu yerlər arasında Avropa qitəsi var. Yunanıstan "Parkinson xəstəliyindən ən çox ölən Avropa ölkəsi" olaraq qeydə alınıb.
Elçin Şəfiyev