Alzheimer xəstəliyi ilə bağlı araşdırmalar davam edir. ABŞ alimləri bu barədə yeni tədqiqatın nəticələrini açıqlayıblar. Belə ki, mütəxəssislərin sözlərinə görə xəstəliyin ilk əlamətləri gözlərdə yaranır.
Araşdırmada 14 il ərzində aparılıb. ABŞ alimləri 86 müxtəlif insandan torlu qişa və beyin toxuması nümunələrini toplayıblar. Nəticədə xəstəliyin erkən mərhələsində gözlərdə iltihabın meydana gəlməsi müşahidə edilib. Bu da beyindəki bəzi hüceyrələrin sayının azalmasına səbəb olur.
Həkimlərin sözlərinə görə bu kəşf xəstəliyin erkən diaqnostikasında perspektivli inkişaf yaradacaq.
CNN İnternational-ın hesabatına görə, bu, Alzheimer xəstəliyi ilə bağlı indiyə qədər aparılan ən böyük araşdırmalardan biridir.
Havar Şəfiyeva