Həm dünyada, həm də Azərbaycanda xərçəng yaşı cavanlaşıb. Əsasən gənclərin yoluxduğu xərçəng nədənsə bir hal alını alıb, adi qrip virusu kimi geniş yayılıb. Maraqlıdır, xərçəngə daha çox niyə gənclər yoluxur?
Bu barədə Faktmedia.az-a danışan onkoloq Fərid Müseyibov bildirib ki, son zamanlar gənclər arasında xərçəng xəstəliyi daha geniş yayılmağa başlayıb:
"Qeyri-sağlam həyat tərzinin olması, artıq çəki, hərəkətsizlik, tütün məhsullarından, xüsusən də elektron siqaretlərdən daha çox istifadə bu xəstəliyin geniş yayılmasına səbəb olur. Ən başlıca cəbəblərdən biri də qidalanmanın pozulmasıdır. Lakin, ətraf mühitin çirklənməsi, yaşıllıqların az olması da bu xəstəliyin yaranmasına səbəb olur".
Qeyd edək ki, ötən il Azərbaycanda 13644 nəfərə bәdxassәli şişlәrlә xәstәlәnmə diaqnozu qoyulub. Rəsmi statistikaya görə, Azərbaycanda qadınlar kişilərə nisbətən daha çox xərçənglə xəstələnirlər. Belə ki, ötən il ilk dəfə bәdxassәli şişlәrlә xәstәlәnən 13644 nəfərdən 6437-ü kişilər, 7207-si qadınlar olub. 2021-ci ildə bәdxassәli şiş aşkarlanan xəstələrdən 87-si 13 yaşadək uşaqlar olub.
Rəna Həsənova