Məlumat sızmadan əvvəl 1000-ə yaxın insanın kəşfiyyat məlumatlarına çıxışı olduğu bildirilir. Lakin son günlər Pentaqon məxfi məlumatlara çıxışı əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.
Bu barədə Faktmedia.az Lent.ru-ya istinadən xəbər verir.
Bundan əvvəl Pentaqon kəşfiyyat məlumatlarının sızmasını araşdıracaq xüsusi qrup yaradıb. onun vəzifələri potensial zərərin həcmini qiymətləndirmək, habelə sənədlərin yayılmasında iştirak edənlərin şəxsiyyətini müəyyən etmək olacaq.
Havar Şəfiyeva