“Beyin qan dövranı pozğunluğu daha çox yaşlı insanlarda rast gəlinsədə, gənc insanlarda da müşahidə edilir. Bütün xəstəliklər son dövrlər gəncləşib, eləcə də beyin qan dövranı pozlmaları. Daha çox kişilərdə rast gəlinir. Bundan başqa, irqi və irsi faktorlar da bu xəstəliyin yaranmasında əsas səbəblərdəndir”.
Bunu Faktmedia.az-a açıqlamasında nevroloq Ülviyyə Səlimova deyib.
Həkim qeyd edib ki, uzun müddətli idarə edilməyən qan təzyiqi probleminə nəzarət etmək lazımdır. Bəzən pasiyentlər təzyiq xəstəliyini ciddiyə almırlar. Təzyiq xəstələrinin əksəriyyəti yazılan dərmanları yalnız təzyiq yüksəldikdə qəbul edirlər. Bu birmənalı olaraq yanlışdır. Əgər bir insana təzyiq dərmanı yazılıbsa həkim tərəfindən bu o deməkdir ki, bu dərmanı gündəlik vaxtlı-vaxtında içmək lazımdır.
Elçin Şəfiyev