“Alqologiya xroniki ağrılarla məşğul olan bir elmdir. Xroniki ağrılar bədəndə 3-6 ay müddətinə keçməyən ağrılara deyilir. Bu ağrılar insanın həyat keyfiyyətini aşağı salır. Alqologiya çox geniş və müxtəlif sahələri əhatə edir. Orqanizmin hər hansı hissəsində yaranan ağrıları aradan qaldırmaq üçün fərqli üsullar tətbiq edilir”.
Bunu Faktmedia.az-a açıqlamasında alqologiya üzrə yandal uzmanı Gülüstan Bayramova deyib.
Mütəxəssis bildirib ki, baş, boyun, bel, ayaq və digər hissələrdə yaranan ağrıları alqologiyanın müxtəlif müalicə üsulları aradan qaldırmaq mümkündür. Bəzən bunu alternativ tibblə səhv salırlar, amma alqologiya ayrıca bir elm sahəsidir.
Sevinc Hüseynova