“Hipertoniya arterial təzyiqin normadan yuxarı olmasıdır. Normal təzyiq 140 – 90 mml civə sütunundan aşağı olmalıdır. Bundan yuxarı təzyiqi olan şəxs artıq hipertoniya xəstəsidir”.
Bunu Faktmedia.az-a açıqlamasında kardioloq Aynur Əlizadə deyib.
Həkim bildirib ki, bir dəfə təzyiqi ölçməklə bu diaqnozu qoymaq düzgün deyil. Diaqnozu qoymaq üçün müxtəlif metodlar və analizlər mövcuddur. Dünyada ölüm riski ən böyük olan xəstəliklər ürək xəstəlikləridir. Ürək xəstəliklərinin meydana gəlməsində də hipertoniyaın böyük rolu var.
Kardioloq qeyd edib ki, hipertoniya fəsil dəyişikliyi zamanı da özünü kəskin büruzə verir. Bu baxımdan hazırda insanlar daha diqqətli olmalı və davamlı hiss edilən narahatlıq varsa, mütləq həkimə müraciət etməlidirlər.
Sevinc Hüseynova