Uzun müddət tıxacda qalmaq hipertoniyaya səbəb ola bilər.
Bu barədə İngiltərədə biotibbi tədqiqatlar aparılıb. Tədqiqatda ümumi səs-küyün qiymətləndirilməsi metodundan, eləcə də insanların məskunlaşma yerlərindən istifadə edilib.
Tədqiqatda hipertoniya şikayəti olmayan 40-69 yaş arası 246 min 447 adamın məlumatları 8 ildən çox izlənilib. Nəticədə tıxacda qalan, sıx və küçələrdəki səs-küyə yaxın ərazilərdə yaşayanlarda hipertoniya yaranıb.
Maraqlı məqam odur ki, səs-küy artdıqca xəstəlik riski də yüksəlib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hazırkı məlumatlarına görə, dünyada 1,28 milyard hipertoniya xəstəsi var.
Havar Şəfiyeva