"Sürət həddinin azaldılmasına xarici praktikalarda da rast gəlinir".
Bu sözləri Faktmedia.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.
O bildirib ki, xüsusən də, meqapolislərdə, iri şəhər küçələrində müəyyən hədlər nəzərdə tutulur:
"Azərbaycanda, xüsusən də Bakı şəhərində bunu tətbiq etmək müəyyən psixoloji tarazlıq əmələ gətirir, yəni küçələr daim hərəkətli olsun. Yüksək sürətlə hərəkət edən zaman qəza halları baş verə bilər. Eyni zamanda, yüksək sürətlə idarə etməyə öyrəşən insan tıxacda aqressivləşir və bu da müəyyən mənada bəzi problemlər yaradır. Orta sürət həddi təyin olundu. Mənə elə gəlir ki, gələcəkdə bu siyahıya dəyişiklik etmək lazımdır. Elə küçələr var ki, orta sürət anlayışı yoxdur, bəzən tam tıxac, bəzən isə boş olur. Ona görə də atılan addımlar doğrudur və gələcəkdə siyahıda düzəlişlər olacağına inanıram".
Qeyd edək ki, Bakının əsas prospektlərində nəqliyyatın hərəkət sürəti endiriləcək. Paytaxtın əsas küçə və prospektlərində yeni sürət həddləri aşağıdakı formada müəyyən edilib:
Rəna Həsənova