“Ödün insan orqanizmi üçün inanılmaz təsiredici funksiyası var. Təəssüf ki, ödün asanlıqla xaric edilməsi səbəbindən bu orqanın elə də lazım olmadığını düşünürlər. Amma qətiyyən belə deyil. Öd həzm sistemində çox böyük rolu olan daxili orqanımızdır. Onun sağlamlığı da bu baxımdan çox vacibdir”.
Bunu Faktmedia.az-a açıqlamasında həkim-nutrisoloq Amaliya Rəhimova deyib.
Həkim bildirib ki, orqanizmə daxil olan yağların həll edilməsində, yağlarda olan vitaminlərin mənimsənilməsində iştirak edir. Öd orqanizmin parazitlərdən, bakteriyalardan, qurdlardan və digər patoloji xüsusiyyətlərdən qorunması üçün mühüm hesab edilir. Buna görə də öd daşı probleminin ağırlaşması zamanı əməliyyatla ödün xaric edilməsi orqanizmə mənfi təsir edir.
Sevinc Hüseynova